Ana Sayfa > İdman > “Qəbələ” “İmişli”yə, “Şamaxı” “Kəpəz”ə qarşı
“Qəbələ” “İmişli”yə, “Şamaxı” “Kəpəz”ə qarşıBu gün, 09:51. Yazar: Subhan |
![]() Bu gün Misli Premyer Liqasında 4-cü tura start veriləcək. aia.az xəbər verir ki, ilk oyun günündə iki görüş keçiriləcək. Əvvəlcə 3 oyundur qol vura bilməyən və 1 xalla 10-cu yerdə olan “Qəbələ” 6-cı pillədə qərarlaşan “İmişli”ni qəbul edəcək. Digər görüşdə isə 9-cu yerdə qərarlaşan “Şamaxı” Gəncədə 7-ci yerin sahibi “Kəpəz”in qonağı olacaq. Misli Premyer Liqası, 4-cü tur 18:00.“Qəbələ” – “İmişli” Hakimlər: Rauf Cabarov, Rahil Ramazanov, Tərlan Talıbzadə, Rəvan Həmzəzadə. Qəbələ şəhər stadionu. 20:15.“Kəpəz” – “Şamaxı” Hakimlər: Vüqar Həsənli, Rəhman İmami, Gülnurə Əkbərzadə, Namiq Bəkirov. Gəncə şəhər stadionu. aia.az Geri dön |