Ana Sayfa > İqtisadiyyat / Aia TV / Karusel > “Qazprom”la SOCAR Gürcüstan uğrunda qaz müharibəsinə başlayır

“Qazprom”la SOCAR Gürcüstan uğrunda qaz müharibəsinə başlayır


9-10-2015, 13:14. Yazar: admin
“Qazprom”la SOCAR Gürcüstan uğrunda qaz müharibəsinə başlayır


Gürcüstan Rusiyadan daha çox təbii qaz əldə etmək niyyətindədir

Bu barədə Gürcüstanın baş nazirin müavini, energetika naziri Kaxa Kaladze açıqlama verib.

Azərbaycanın Gürcüstanı təbii qazla ən çox təmin edən ölkə olduğunu deyən Kaladzenin sözlərinə görə, Azərbaycandan qazın tədarükündə bır sıra problemlər mövcuddur.

Nazir bildirib ki, əgər Gürcüstan Rusiyadan daha çox təbii qaz əldə etsə və belə olan təqdirdə bu istiqamətdə Azərbaycanla Rusiya arasında rəqabət yaransa, bu daha müsbət nəticələr verəcək.

"Rusiyadan təbii qazın tədarükü üçün kommersiya operatorları, bir sıra şirkətlərlə müzakirələr aparılıb. Bundan başqa Gürcüstan ərazisindən keçən Rusiya təbii qazının həcminin artırılmasının mümkünlüyü barədə "Qazprom" şirkətinin rəsmiləri ilə Brüsseldə fikir mübadiləsi aparılıb. Bu bizim üçün çox vacib məsələlərdən biridir", deyə Kaxa Kaladze bildirib.

Daha əvvəl isə Kaladze bəyan etmişdi ki, Gürcüstan 2008-ci ilin avqusta ayında müharibə şəraitində olarkən belə Rusiyadan təbii qaz alırdı, indi də alır və bundan sonra da alacaq.

Gürcüstanı təbii qazla təmin edən əsas ölkə Azərbaycandır. Neftegaz saytının məlumatına görə, Rusiya isə Ermənistana nəql edilən təbii qaza görə tranzit ölkə kimi Gürcüstanı qazla təmin edir. Rusiya və Gürcüstan arasında əldə olunan razılığa əsasən qazın hər 1000 kubmetrinə görə 110 dollar ödənilir. Bununla yanaşı, Rusiya hələn ilin yanvarın 1-dən Ermənistana nəql etdiyi qazın qiymətini 189 dollardan 165 dollara endirəcək.

Gürcüstanın milli statistika agentliyi Geostatın məlumatına görə, Azərbaycan qazı Tiflis üçün Ermənistana nəql edilən güzəştli Rusiya qazından daha ucuz başa gəlir. 2014-cü ildə Gürcüstan Şahdəniz 1"dən" 55 dollardan ümumilikdə 250 milyon kubmetr, "Şahdəniz 2"-dənisə 64 dollardan 500 milyon ton təbii qaz alıb.

Bununla yanaşı, Azərbacyan Gürcüstanı neft və benzinlə də təmin edir. ARDNŞ-nin törəmə şirkəti olan SOCAR Energy Georgia MMC 2006-cı ildə qurulub. Şirkətin bütün fəaliyyəti Gürcüstanda həyata keçirilir. SOCAR Energy Georgia MMC-nin əsas fəaliyyət sahəsi Gürcüstanda neftin topdan və pərakəndə satışı, neft və neft məhsullarının, həmçinin mayeləşdirilmiş qazın ölkəyə idxalı, neft terminalı və anbarlarının tikintisidir. Şirkət Gürcüstandakı neft satışının 72%, dizel satışının isə 61%-nə nəzarət edir, bundan başqa Kulevi neft terminalı da şirkətin ixtiyarındadır. ARDNŞ Gürcüstana hər ay 20.000 ton neft məhsulu, həmçinin 15.000 ton benzin idxal edir. Şirkətin indiyə kimi Gürcüstan iqtisadiyyatına yatırdığı investisiyanın həcmi 700 milyon ABŞ dollarıdır.

Rusiya da Gürcüstana təbii qaz nəqlində maraqlıdır. Kaxa Kaladzenin son açıqlaması da ondan xəbər verir ki, Gurcustanda enerji sahəsində Rusiya Azərbaycanla yeni enerji müharibəsinə başlayır.(virtualaz.org)
Geri dön