Ana Sayfa > Siyasət / Parlament > Milli Məclisdə ATƏT PA prezidenti ilə görüş keçirilib

Milli Məclisdə ATƏT PA prezidenti ilə görüş keçirilib


Bu gün, 19:07. Yazar: azer
Milli Məclisdə ATƏT PA prezidenti ilə görüş keçirilib

Sentyabrın 3-də Milli Məclisin ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvləri ölkəmizdə səfərdə olan ATƏT PA-nın prezidenti Pere Joan Pons Sanpietro ilə görüşüblər.
Milli Məclisin deputatı və ATƏT Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü Qaya Məmmədov Cənubi Qafqazda sülh prosesi, regional iqtisadi imkanlar və beynəlxalq dialoqun əhəmiyyəti barədə danışıb. O, Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olunmasının tarixi bir nailiyyət olduğunu vurğulayıb.
Görüşdə iştirak edən Milli Məclisin deputatları, ATƏT-in Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvləri - Azay Quliyev, Sevinc Fətəliyeva və Tural Gəncəliyev Cənubi Qafqazda yaranan yeni geopolitik reallıqlar və regional nəqliyyat-logistika layihələri barədə fikirlərini bölüşüblər.
ATƏT Parlament Assambleyasının Prezidenti Pere Joan Pons Sanpietro regional sülh quruculuğu prosesini yüksək qiymətləndirərək, təşkilatın yeni geopolitik reallıqlara uyğunlaşmasının və regionda dayanıqlı sülhün dəstəklənməsinin vacibliyini qeyd edib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.
Milli Məclisin Mətbuat və
Geri dön