Ana Sayfa > Gündəm > Saakaşvilinin şousu başladı

Saakaşvilinin şousu başladı


6-04-2017, 17:34. Yazar: admin
Saakaşvilinin şousu başladı



Gürcüstanın keçmiş prezidenti və Ukraynanın Odessa vilayətinin keçmiş rəhbəri Mixail Saakaşvilinin Ukraynanın “Zik” telekanalında siyasi tok-şousu başlayıb.

Trend-in məlumatına görə, bu barədə M.Saakaşvili özü “Facebook” səhifəsində yazıb.

O qeyd edib ki, “Başqa Ukrayna” verilişinin ilk buraxılışı yüksək reytinqlər toplayıb.

Verilişin qonaqları Ali Radanın deputatları və ekspertlər olub.

Qeyd edək ki, M.Saakaşvilinin siyasi tok-şou aparacağı martın sonlarında elan olunmuşdu. Veriliş hər həftənin üçüncü günü axşam saatlarında efirə çıxacaq.

AİA.az
Geri dön