Ana Sayfa > Qərbi Azərbaycan / Aia TV > Bakı sakinləri pəhriz saxlayırmı?
Bakı sakinləri pəhriz saxlayırmı?6-04-2017, 17:16. Yazar: admin |
“ACT Azərbaycan” 24 dekabr – 3 yanvar tarixlərində Bakı şəhərində paytaxt əhalisinin pəhriz saxlaması ilə bağlı sorğu keçirib. Rəyi soruşulmuş sakinlərin dörddə biri (28 %) son 2 ildə bir neçə dəfə pəhriz saxladığını bildirib. Pəhriz saxlayanlar əsasən sağlamlıq (50 %) və gözəllik (44 %) xatirinə nəfsini boğmaq məcburiyyətində qalıb. 6 % respondent isə idman formasında qalmaq üçün pəhriz tutduğunu qeyd edib. “Pəhriz tutarkən hansı qidalardan imtina edirsiniz ?” sualına əsasən yağlı (61 %), şirin (56 %) və un məmulatları (46 %) cavabları verilib. Bəs paytaxt sakinləri özlərinə uyğun pəhrizi necə seçirlər? Sorğu nəticəsində məlum olub ki, pəhriz saxlayanların yarıdan çoxu (59 %) hansı pəhrizi tutacağına özü qərar verir. 34 % üçün isə həkim məsləhəti bu məsələdə daha önəmlidir. Pəhriz saxlayanların hər on nəfərindən biri (11 %) dost-tanış məsləhəti və təcrübəsini əsas götürür. Pəhriz heç də hər kəsə eyni cür təsir etməyib. Pəhriz tutanların tam yarısı tutduğu pəhrizin yaxşı təsirini çox gördüyü (59 %) halda, 45 % pəhrizin effektini az hallarda hiss etdiyini bildirib. 6 % respondent pəhrizin çəkisinə heç bir təsir göstərmədiyini bildirib. Qeyd edək ki, sorğu 24 dekabr – 3 yanvar tarixlərində Bakı şəhərində 400 respondent arasında telefon vasitəsilə həyata keçirilib. Sorğu nəticələrinin yanlışlıq həddi maksimum 4.9 %-dir. AİA.az Geri dön |