Ana Sayfa > Özəl > İrəvandan Moskvaya iqtisadi mesaj: “Rusiya bazarını tərk etmək fikrimiz yoxdur”

İrəvandan Moskvaya iqtisadi mesaj: “Rusiya bazarını tərk etmək fikrimiz yoxdur”


Dünən, 22:00. Yazar: vasif
İrəvandan Moskvaya iqtisadi mesaj: “Rusiya bazarını tərk etmək fikrimiz yoxdur”



Ermənistan Qərblə yaxınlaşma siyasətini davam etdirsə də, Rusiya ilə iqtisadi əlaqələrini qorumaqda maraqlı olduğunu açıqlayıb. Ermənistanın iqtisadiyyat naziri Gevork Papoyan ölkəsinin Rusiya bazarından imtina etmək niyyətində olmadığını bildirib.
Nazirin sözlərinə görə, İrəvan rusiyalı tərəfdaşları ilə fəal işləməyə davam edir və Moskvanın iqtisadi əməkdaşlıq çərçivəsində qaldırdığı problemləri görməzdən gəlmir.
Papoyan bildirib ki, Ermənistan Rusiya tərəfinin iradlarına avtomatik şəkildə etiraz etmək mövqeyi tutmur. Əksinə, gündəmə gətirilən məsələlərin həlli üçün qarşılıqlı şəkildə yollar axtarılır.
Açıqlama Ermənistanın xarici siyasətdə Avropa istiqamətini gücləndirdiyi bir vaxtda Rusiya ilə mövcud iqtisadi bağları qorumağa çalışdığını göstərən mühüm mesaj kimi diqqət çəkir.
Geri dön