Ana Sayfa > Özəl > Telefonla hər anı çəkənlərə xəbərdarlıq: Bu vərdiş yaddaşı zəiflədə bilər
Telefonla hər anı çəkənlərə xəbərdarlıq: Bu vərdiş yaddaşı zəiflədə bilərBu gün, 21:16. Yazar: vasif |
![]() Smartfonla davamlı foto çəkmək və ekran görüntüləri saxlamaq yaşadığımız hadisələrin yaddaşda qalmasına mənfi təsir göstərə bilər. ABŞ-də aparılan araşdırma telefonun bir növ “xarici yaddaş” kimi istifadə edilməsinin beynin məlumatı yadda saxlamaq səylərini azalda biləcəyini göstərib. Binqemton Universitetinin alimləri 892 nəfərin iştirakı ilə yeddi eksperiment keçiriblər. İştirakçıların bir hissəsi təqdim olunan görüntülərə sadəcə baxıb, digərləri isə onların ekran görüntüsünü alıb. Sonrakı yoxlamalarda yalnız baxan şəxslərin gördükləri detalları daha yaxşı xatırladığı müəyyən edilib. Tədqiqatçılar bunu “koqnitiv yükün ötürülməsi” ilə əlaqələndirirlər. İnsan məlumatın telefonda saxlandığını bildikdə, beyin həmin informasiyanı yadda saxlamağa əvvəlki qədər ehtiyac duymaya bilər. Digər mühüm amil diqqətlə bağlıdır. Xüsusi bir anı yaşamaq əvəzinə foto çəkməyə və ekranı izləməyə fokuslanmaq hadisənin bütün detalları ilə qavranılmasını çətinləşdirə bilər. Nəticədə həmin anın yaddaşdakı izi daha zəif qala bilər. Araşdırma telefonla çəkilən hər bir fotonun yaddaşa zərər verdiyini göstərmir. Nəticələr daha çox hər şeyi avtomatik şəkildə qeydə almaq vərdişinin diqqət və xatırlama prosesinə təsir göstərə biləcəyinə işarə edir. Geri dön |