Ana Sayfa > Karusel / Dünya > Əhməd Davudoğlu barəsində istintaq başladıldı

Əhməd Davudoğlu barəsində istintaq başladıldı


Bu gün, 12:37. Yazar: Subhan
Əhməd Davudoğlu barəsində istintaq başladıldı


Türkiyənin keçmiş baş naziri və xarici işlər naziri Əhməd Davudoğlu barəsində istintaq başladılıb.

aia.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ankara Baş Prokurorluğu Əhməd Davudoğluna ölkə prezidentinə qarşı təhqiramiz ifadələr ehtiva edən sosial media paylaşımları ilə bağlı istintaq başlatdığını açıqlayıb.

Bəyanatda bildirilir ki, araşdırmalar nəticəsində Türkiyə Respublikasının 62-ci, 63-cü və 64-cü hökumətlərinin Baş naziri və buraxılmış "Gələcək Partiyası"nın lideri Əhməd Davudoğluna qarşı Türkiyə Cinayət Məcəlləsinin "Prezidentə təhqir" cinayətini nəzərdə tutan 299/1-ci maddəsi ilə istintaq başlanıb.

aia.az
Geri dön