Ana Sayfa > Cəmiyyət / Karusel > Qapanlı atəşə tutuldu - Əhaliyə ziyan dəyib, itki yoxdur

Qapanlı atəşə tutuldu - Əhaliyə ziyan dəyib, itki yoxdur


6-04-2017, 16:06. Yazar: admin
Qapanlı atəşə tutuldu - Əhaliyə ziyan dəyib, itki yoxdur



Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhədə vəziyyəti yenidən gərginləşdirməyə cəhd edir.

Müdafiə Nazirliyindən verilən məlumata görə, aprelin 6-da günorta saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri 60 millimetrlik minaatanlardan istifadə etməklə Tərtər rayonunun Qapanlı kəndini atəşə tutublar. Atəş nəticəsində mülki əhalinin şəxsi təsərrüfatına ziyan dəyib.

Silahlı Qüvvələrimizin bölmələri tərəfindən dərhal həyata keçirilən cavab tədbirləri nəticəsində düşmən susdurulub, itki yoxdur.

AİA.az
Geri dön