Ana Sayfa > Təhsil / Karusel > İşdən çıxarılan direktor məktəbin avadanlıqlarını söküb apardı

İşdən çıxarılan direktor məktəbin avadanlıqlarını söküb apardı


Bu gün, 07:36. Yazar: Subhan
İşdən çıxarılan direktor məktəbin avadanlıqlarını söküb apardı

Goranboy şəhər 2 saylı tam orta ümumtəhsil məktəbin direktoru İlhamə Qasımova işində yol verdiyi ciddi nöqsanlara və törətdiyi qanunsuz əməllərə görə vəzifəsindən azad edilib.

aia.az xəbər verir ki, keçmiş direktor qəzəbinə hakim ola bilməyərək təhsil müəssisəsinin əmlakına zərər vurub.

Belə ki, o, məktəbin sanitariya qovşağını dağıdaraq unitazı və əl-üz yuma avadanlıqlarını söküb öz evinə aparıb. /Gundemxeber.org

aia.az
Geri dön