Ana Sayfa > Gündəm > Səfirlik Şəkidə dağda xəsarət alan niderlandlıya yardıma görə təşəkkür etdi

Səfirlik Şəkidə dağda xəsarət alan niderlandlıya yardıma görə təşəkkür etdi


Bu gün, 17:53. Yazar: Subhan
Səfirlik Şəkidə dağda xəsarət alan niderlandlıya yardıma görə təşəkkür etdi

Avqustun 29-da Şəkinin dağlıq ərazisində xoşagəlməz hadisə ilə üzləşmiş Niderland vətəndaşının xilas edilməsi və təcili tibbi yardımla təmin olunması ilə bağlı Azərbaycanın aidiyyəti qurumlarına minnətdarlığımızı bildiririk.

Bu barədə aia.az-a Niderlandın Azərbaycandakı səfirliyindən məlumat verilib.

"Xüsusilə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə çətin dağlıq relyef və qaranlıq hava şəraitində həyata keçirilən təxirəsalınmaz xilasetmə əməliyyatına, helikopterlə operativ təxliyəyə və hadisə yerində göstərilən ilkin tibbi yardıma görə təşəkkür edirik. Eyni zamanda, Şəki Rayon Mərkəzi Xəstəxanası və paytaxtda yerləşən Yeni Klinika tərəfindən göstərilən tibbi yardımı, peşəkar yanaşmanı və operativ müdaxiləni yüksək qiymətləndiririk", məlumatda deyilir.

Səfirlikdən bildirilib ki, bu hadisə zamanı aidiyyəti qurumların çevik və əlaqələndirilmiş fəaliyyəti Niderland vətəndaşının təhlükəsizliyinin təmin olunmasına mühüm töhfə verib.

Qeyd edək ki, 1979-cu il təvəllüdlü Niderland vətəndaşı avqustun 29-da Şəkinin Baş Zəyzid kəndinin Çələngi yaylağı istiqamətində piyada yürüş zamanı itlərin hücumuna məruz qalıb və müxtəlif dərəcəli xəsarətlər alıb.

Niderland vətəndaşı Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən təxliyə edilib. Helikopterlə əraziyə tibb heyəti və xilasetmə qrupu göndərilib. Təxminən 2000 metr yüksəklikdə həyata keçirilən əməliyyat nəticəsində yaralı turistə ilkin tibbi yardım göstərilib və helikopterlə Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və əməliyyat olunub.

aia.az
Geri dön