Ana Sayfa > Dünya / Karusel > Röya bədəninə QİYMƏT QOYDU: "Sinəm 50 milyon, 100 milyon da..."
Röya bədəninə QİYMƏT QOYDU: "Sinəm 50 milyon, 100 milyon da..."6-04-2017, 15:41. Yazar: admin |
![]() Səmimidir, əksər şou əhli kimi danışanda sözlərinə ütü çəkmir. Buna görə də iynəli sözləri çox vaxt başına bəla olur. Amma kim nə deyir-desin, özü demişkən Yaqub kişinin, bu qara qızı sevilir də... Röyanı deyirəm, kişilərin röyasını qarışdıran əməkdar artist Röya Ayxanı... AİA.Az bildirir ki, Yeniçağ.az-a müsahibə verən Röya ən məhrəm sirlərini açıqladı. - Bir çox dünya ulduzları vücudlarının gözəgəlimli əzalarını sığorta etdirir. Sənin gələcəkdə belə bir fikrin varmı? - Hələlik bu barədə düşünməmişəm. Amma gələcəkdə belə bir fikrə düşsəm, ilk növbədə, sinəmi sığorta etdirəcəm. - Niyə məhz sinəni? - Ona görə ki, sinəmdə xal da var, çox qəşəngdir. - Bəs qiyməti? - Hələ məbləği nəzərdə tutmamışam. Sinəmi zarafatla dedim. Bədənimin hansı əzasını sığorta etdirmək barədə doğrudan fikirləşməmişəm. Cünki elə bir gözəl yerim yoxdur. Amma böyük məmnuniyyətlə, səsimi sığorta etdirərdim. - Hansı məbləğə? - Ayyy... Çox baha. Bunu səsimdəki rəngi qorumaq üçün edərdim. Demirəm, səsim var (gülür), amma səsimin rəngi var. Amma indi gərək sığorta şirkətləri də real olsun ki, mən bu arzumu reallaşdırım. - O rəngin qiyməti də yəqin çox başa olar? - Əlbəttə baha, səsimi 100 milyon dollara sığorta etdirərdim. - Bəs sinəni? - Sən ancaq seksual suallar verirsən də (gülür). Sinəmi 50 milyona, çünki çox möhtəşəmdir. - Səmimiyyət başına bəla olurmu? - Yox, olmur, rahat adamam mən. Söz-söhbətləri boş verirəm. - Cəmiyyətdə səni ən çox nə qıcıqlandırır? - Mən Bakıya ancaq işlərimi görmək üçün gəlirəm. Heç nədən xəbər tutmuram. Buna görə çox da problemim olmur. - Bakıda yaşamırsan ki? - Bakıda da yaşayıram, İstanbulda da. - Sevgisiz yaşamaq mümkündür? - Sevgi çoxdur həyatımda. - Bir sevgini unudub, yenisinə başlamaq üçün Röyaya nə qədər vaxt lazımdır? - Düşünürəm ki, bunun üçün mənə 6 ay kifayət edir. (düşünür)...yox... 9 ay. - Bir sevgi ilə vidalaşanda depressiyaya düşürsən? - Qətiyyən. Mən, ümumiyyətlə, depressiyanın nə olduğunu bilmirəm. Mən də belə adamam. - Hesab edirsənmi ki, kişiyə görə depressiyaya düşməyə, stress yaşamağa dəyməz. - Əlbəttə dəyər, kişi deyəndə bu siyahıda atam, qardaşım da var axı. - Mən ata-qardaşdan danışmıram e, sevgilini nəzərdə tuturam... - Azərbaycan kişisinə görə stress yaşamağa dəyər. Çünki azərbaycanlı oğlanlar oğuldur e... Başqa dövlətlərə gedib görəndən sonra bunu hər bir azərbaycanlı qadın başa düşəcək. Seksual suallar qurtarmadı? (gülür) - Bir sualıma da cavab alım, mövzunu bağlayaq... Filmə dəvət etsələr, nə qədər qonorar tələb edərsən? - Əgər qəşəng bir film olsa, ilk başlanğıcda bir qəpik də götürmərəm. İstəyərəm ki, həmin məbləğ filmin istehsalına xərclənsin. Nəticədə də ortaya mükəmməl film çıxartsınlar. Yalnız ondan sonra qonorar barədə düşünərəm. - Erotik filmə çəkilməyə razılıq verərsən? - Əlbəttə çəkilərəm. - Özünü seksual xanım sayırsan? - Yooox, aradabir...(gülür) - Bir aylıq xərcin nə qədərdir? - Heç soruşma, bu, mənim yaralı yerimdir. Sən birgünlük xərcdən danış, çox bədxərcəm. - Özün xərcləyirsən, yoxsa xərcləyirlər? - Özüm xərcləyirəm, həm də hamıya. Bütün nəsil mənim əlimə baxır. Oğluma bir kitab alıramsa, bacım uşağına, digər qohumlara da almalıyam; yaxud da geyim... Hüseynə nəsə almışamsa, o biri uşaqları da yadımdan çıxartmıram. Mən də belə insanam, neynim. Geri dön |