Ana Sayfa > Manşet / Özəl > “Xətai Estetik Klinikası” ilə bağlı yeni açıqlama:
“Xətai Estetik Klinikası” ilə bağlı yeni açıqlama:Bu gün, 15:28. Yazar: azer |
![]() Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən “Xətai Estetik Klinikası”nda plandankənar yoxlama keçirilib. Bu barədə sosial mediada məlumat paylaşılıb. Qeyd olunub ki, keçirilən yoxlama zamanı sertifikatsız şəxslərin plastik cərrahiyyə işi üzrə praktik tibb fəaliyyətinə buraxılması faktı aşkar edilib. Bəlli olub ki, cəmiyyətdə plastik-cərrah kimi tanınan Rəvan Cəfərli və Kamil Quluzadə müəssisədə plastik cərrahiyyə ixtisası üzrə sertifikasiya şəhadətnaməsinə malik olmadan əməliyyatlarda iştirak ediblər. Bu, fakt klinikanın tibbi qeydiyyat sənədlərində də öz əksini tapıb. Nəticədə klinika barədə İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi üzrə protokol tərtib edilərək, baxılması üçün Xətai Rayon Məhkəməsinə göndərilib. Şirkətin direktoru adıçəkilən həkimlərin klinikada əməliyyat keçirməsindən xəbərsiz olduğunu bildirsə də, məhkəmə bu izahatı məsuliyyətdən boyun qaçırmaq kimi qiymətləndirib. Fuad Axundovun sədrliyi ilə keçirilən prosesdə klinikanın məxsus olduğu “Kaspi TM” MMC 6000 manat cərimələnib. Bu barədə aia.az “Xətai Estetik Klinikası” əlaqə saxlayıb. Klinikadan saytımıza bildirilib ki, Rəvan Cəfərli və Kamil Quluzadə adlı həkimlərin klinikada fəaliyyəti barədə məlumatları yoxdur. Onların sözlərinə görə, bu məsələ ilə bağlı rəhbərliyə məlumat verilməlidir. Həmçinin, klinikada mətbuat xidmətinin olmadığı da qeyd olunub. Daha sonra telefon danışığı zamanı əlaqə saxlayan əməkdaş dəyişib. Telefonu ikinci şəxs götürərək sözügedən həkimlərlə bağlı suala cavab verib. O bildirib ki, Rəvan Cəfərli və Kamil Quluzadə adlı şəxslər klinikada həkim kimi fəaliyyət göstərməyiblər. Aysel Muxtar aia.az Geri dön |