Ana Sayfa > Manşet / Gündəm > Goranboyda sursat anbarında partlayışla bağlı
Goranboyda sursat anbarında partlayışla bağlıBu gün, 09:39. Yazar: Subhan |
![]() Xəbər verildiyi kimi, ötən gecə Goranboy rayonunun Nizami kəndi yaxınlığında yerləşən sursat anbarında yanğınla müşayiət olunan partlayış baş verib. aia.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, hadisə ilə bağlı Fövqəladə Hallar və Müdafiə nazirliklərinin müvafiq qüvvələri tərəfindən Daxili İşlər Nazirliyi və Goranboy Rayon İcra Hakimiyyəti ilə əlaqəli şəkildə zəruri və təxirəsalınmaz tədbirlər görülüb. Görülən tədbirlər nəticəsində vəziyyət nəzarət altına alınıb. Təhlükəsizlik tədbirləri çərçivəsində hadisə yerinin yaxınlığında yaşayan insanlar təxliyə edilib. Məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb. Hazırda ərazidə müvafiq təhlükəsizlik tədbirləri davam etdirilir. aia.az Geri dön |