Ana Sayfa > Dünya > İranla diplomatik əlaqələri kəsdilər

İranla diplomatik əlaqələri kəsdilər


Bu gün, 08:33. Yazar: Subhan
İranla diplomatik əlaqələri kəsdilər

Peru Yaxın Şərqdə artan gərginlik və İranla ABŞ arasında hərbi qarşıdurmanın yenidən kəskinləşməsi fonunda İranla diplomatik münasibətləri kəsmək qərarına gəlib.

aia.az xəbər verir ki, bu barədə Perunun Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirlik qərarın ölkənin sülhə tarixi sadiqliyi, beynəlxalq hüquqa hörmət və demokratiyanın müdafiəsi prinsiplərinə əsaslandığını açıqlayıb.

XİN İranda “demokratik dəyərlərin pisləşməsini” narahatlıqla izlədiyini bildirib. Peru bu çərçivədə dinc nümayişlərin repressiyaya məruz qalmasını, mətbuat azadlığının məhdudlaşdırılmasını, qadın və qızlara qarşı ayrı-seçkiliyi, həmçinin siyasi rəqiblərin təqibini qeyd edib.

Diplomatik münasibətlərin kəsilməsinə baxmayaraq, Peru hər iki ölkənin maraqlarını və vətəndaşlarını qorumaq məqsədilə müvafiq Vyana konvensiyalarına uyğun olaraq konsulluq münasibətlərinin davam etdiriləcəyini bildirib.

Qərar İrana diplomatik nota vasitəsilə çatdırılıb.

aia.az
Geri dön