Ana Sayfa > Ölkə > Sumqayıtda ev sahibinin oğlu yaşadığı mənzili yandırdı
Sumqayıtda ev sahibinin oğlu yaşadığı mənzili yandırdıBu gün, 08:30. Yazar: Subhan |
![]() Sumqayıt şəhərinin Corat bağları ərazisində fərdi yaşayış evində yanğın baş verib. aia.az report-a istinadən xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikaları cəlb olunub. Yanğın qısa müddətdə söndürülüb və alovun ətrafdakı evlərə keçməsinin qarşısı alınıb. İlkin məlumata görə, yanğının ev sahibinin oğlu (şəxsiyyəti dəqiqləşdirilir – red) tərəfindən törədildiyi bildirilir. O, polis əməkdaşları tərəfindən hadisə yerində saxlanılıb. Hadisənin təfərrüatları və yanğının dəqiq səbəbləri araşdırılır. aia.az Geri dön |