Ana Sayfa > Siyasət / Parlament > Milli Məclisin sədri Kamerun Respublikasının Baş naziri ilə görüşüb
Milli Məclisin sədri Kamerun Respublikasının Baş naziri ilə görüşübDünən, 22:04. Yazar: azer |
![]() Milli Məclisin sədri Sahibə Qafarova Serbiya Respublikasına işgüzar səfəri çərçivəsində sentyabrın 1-də Kamerun Respublikasının Baş naziri Jozef Dion Nqyutla görüşüb. Bu barədə aia.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Görüşdə ölkələrimiz arasındakı münasibətlərin mövcud vəziyyətinə və gələcək inkişafına dair müzakirələr aparılıb. Spiker Sahibə Qafarova bildirib ki, Azərbaycan Afrika ölkələri ilə əlaqələrin inkişafına böyük diqqət yetirir. Milli Məclisin sədri Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlıq məsələlərinə toxunaraq, Azərbaycanın bu təşkilata 4 illik sədrliyi dövründə görülmüş işlər, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılmış Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin fəaliyyəti barədə fikirlərini bölüşüb. Görüşdə ikitərəfli əlaqələrin mövcud vəziyyətinə də toxunulub, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın və qarşılıqlı dəstəyin əhəmiyyəti qeyd edilib. Söhbət zamanı iki ölkə arasında bir sıra sahələrdə, həmçinin parlamentlər arasında əməkdaşlığın inkişaf etdirilməsi perspektivləri nəzərdən keçirilib, qarşılıqlı səfərlərin həyata keçirilməsi ilə bağlı fikirlər səsləndirilib. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb. Geri dön |