Ana Sayfa > Dünya > ABŞ İrandakı SEPAH hədəflərini vurmağa başladı - CENTCOM bəyanat yaydı

ABŞ İrandakı SEPAH hədəflərini vurmağa başladı - CENTCOM bəyanat yaydı


Bu gün, 21:30. Yazar: vasif
ABŞ İrandakı SEPAH hədəflərini vurmağa başladı - CENTCOM bəyanat yaydı


ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) “X” sosial şəbəkə hesabında İranla bağlı təcili bəyanat yayıb.

“aia.az” xəbər verir ki, CENTCOM-un paylaşımında ABŞ qüvvələrinin İranda İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) məxsus hədəflərə zərbələr endirməyə başladığı bildirilib.

Bəyanatda zərbələrin bu gün Şərq vaxtı ilə saat 12:00-da başladığı qeyd olunub:

“Bu zərbələr SEPAH-ın Hörmüz boğazında kommersiya gəmiçiliyinə və regionda yerləşdirilən amerikalı hərbi qulluqçulara qarşı son vaxtlar etdiyi hücum cəhdlərindən sonra həyata keçirilir”.


Geri dön