Ana Sayfa > Gündəm > Rafiq Hüseynovun səhhəti yenidən pisləşdi

Rafiq Hüseynovun səhhəti yenidən pisləşdi


6-04-2017, 15:24. Yazar: admin
Rafiq Hüseynovun səhhəti yenidən pisləşdi

Türkiyədən müayinədən qayıdan Xalq artisti Rafiq Hüseynov həkim nəzarəti altında müalicə olunur.

AİA.az yeniçağ.az-a istinadən xəbər verir ki, məşhur diktor bir ağciyərlə yaşamağın çətin olduğunu deyib:

"Türkiyədən müayinədən qayıtdım. Onkoloji xəstəliyimlə bağlı vəziyyət dəyişməyib. Üstəlik, başqa xəstəliklər də üzə çıxıb. Gələndən yorğan-döşəkdəyəm. Ayaqlarım tutulub, yeriyə bilmirəm, bir yandan da təngnəfəslik məni əldən salıb, havam çatmır, boğuluram”.

Diktor xəstəxanada müalicə olunmamasına belə aydınlıq gətirib:

"Çoxdan idi ki, məndə bel yırtığı vardı. İndi xəstəlik daha da irəliləyib. Ümumiyyətlə, bu xəstəliyin çarəsi yoxdur. Evdə həkimlərin nəzarəti altında dava-dərman qəbul edirəm. Bundan belə kim məndən soruşsa, "yaxşıyam” deyə bilməyəcəm, çünki artıq pisəm”.

Xatırladaq ki, məşhur diktor ağciyər xərçəngindən əziyyət çəkir.

AİA.az
Geri dön