Ana Sayfa > Dünya > Türkiyədə merlə bağlı şok qalmaqal
Türkiyədə merlə bağlı şok qalmaqalBu gün, 21:00. Yazar: vasif |
![]() Türkiyədə həbsdə olan Antalya Böyükşəhər Bələdiyyəsinin sədri Muhittin Böceklə bağlı aparılan istintaqda yeni və son dərəcə ağır iddialar ortaya çıxıb. İstintaq materiallarında 11 gənc qadının işə qəbul vədi ilə Böceklə cinsi münasibətə yönləndirildiyi iddia olunur. aia.az xəbər verir ki, bu barədə Türkiyədə iqtidara yaxınlığı ilə bilinən “Sabah” qəzeti məlumat yayıb. Xəbərə görə, araşdırma Antalya Respublika Baş Prokurorluğunun Mütəşəkkil Cinayətlər üzrə İstintaq Bürosu tərəfindən aparılır. İstintaq çərçivəsində 11 gənc qadının işə qəbul olunmaq vədi ilə həbsdə olan Antalya Böyükşəhər Bələdiyyəsinin sədri Muhittin Böceklə münasibətə yönləndirildiyi iddia edilir. “Sabah” yazır ki, həmin qadınların əhəmiyyətli hissəsi sonradan Antalya Böyükşəhər Bələdiyyəsində və ona bağlı müəssisələrdə işə qəbul olunub. İstintaq materiallarında Böceklə bağlı bundan da ağır iddiaların olduğu bildirilir. Qəzetin məlumatına görə, iş materiallarında qrup şəklində cinsi münasibətlər, iki bacı ilə münasibət, həmçinin yetkinlik yaşına çatmayan qızlarla cinsi əlaqəyə dair iddialar yer alıb. “Sabah” istintaq materiallarında bu iddialarla əlaqədar çoxsaylı zərərçəkmiş ifadələrinin olduğunu bildirir. Araşdırma çərçivəsində Antalya və İstanbulda eyni vaxtda əməliyyatlar da keçirilib. Prokurorluğun araşdırması nəticəsində fahişəliyə təşviq, fahişəliyə vasitəçilik və ya bunun üçün yer təmin etmək, eləcə də narkotik və ya psixotrop maddələrin əldə edilməsi, saxlanılması və istifadəsi ilə əlaqəli olduğu qiymətləndirilən 7 şübhəli müəyyənləşdirilib. Onların saxlanılması məqsədilə Antalya və İstanbulda eyni vaxtda keçirilən əməliyyatlar nəticəsində Antalyada yaşayan 6, İstanbulda yaşayan daha bir nəfər olmaqla 7 şübhəlinin hamısı saxlanılıb. Muhittin Böceklə bağlı istintaq davam edir. Xəbərdə yer alan ağır ittihamlarla bağlı yekun məhkəmə qərarı verilməyib. Geri dön |