Ana Sayfa > Gündəm / Karusel > Lələtəpə uğrunda şəhid olanların xatirəsi əbədiləşdirildi – FOTO

Lələtəpə uğrunda şəhid olanların xatirəsi əbədiləşdirildi – FOTO


6-04-2017, 15:23. Yazar: admin
Lələtəpə uğrunda şəhid olanların xatirəsi əbədiləşdirildi – FOTO

Füzuli rayonunun Horadiz şəhərində ötən ilin aprel ayında Lələtəpə uğrunda gedən döyüşlərdə şəhid olmuş hərbçilərin xatirəsinə ucaldılan abidənin açılışı olub.

AİA.az xəbər verir ki, APA-nın Qarabağ bürosunun xəbərinə görə, açılış mərasimində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mərasimdə Milli Məclis sədrinin müavini Bahar Muradova, ombudsman Elmira Süleymanova, İqtisad Universitetinin rektoru Ədalət Muradov, Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, millət vəkilləri, hərbçilər rayon sakinləri iştirak edib.

AİA.az
Geri dön