Ana Sayfa > Karusel / Gündəm > Sahibə Qafarova: Qoşulmama Hərəkatının əsas prinsipləri Azərbaycanın xarici siyasətinin fundamental istiqamətləri ilə tam uzlaşır
Sahibə Qafarova: Qoşulmama Hərəkatının əsas prinsipləri Azərbaycanın xarici siyasətinin fundamental istiqamətləri ilə tam uzlaşırBu gün, 17:26. Yazar: azer |
![]() Qoşulmama Hərəkatının əsas prinsipləri Azərbaycanın xarici siyasətinin fundamental istiqamətləri ilə tam uzlaşır və bu prinsiplər Azərbaycanın 2019–2024-cü illərdə Hərəkata sədrliyi dövründə də rəhbər tutulub. Bunu Milli Məclisin sədri Sahibə Qafarova Belqradda Qoşulmama Hərəkatına üzv ölkələrin Dövlət və Hökumət Başçılarının Birinci Konfransının 65 illiyinə həsr olunmuş Yüksək Səviyyəli Xatirə Görüşündə çıxışı zamanı səsləndirib. Parlamentin sədri bildirib ki, 2019-cu ildə Bakıda keçirilmiş Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşündə Prezident İlham Əliyev Azərbaycanın Bandunq Prinsiplərinə, beynəlxalq hüquqa və ədalətə sadiqliyini, habelə Hərəkatın birliyinin, həmrəyliyinin və beynəlxalq nüfuzunun möhkəmləndirilməsinə sadiqliyini bir daha təsdiqləyib. Spiker Sahibə Qafarova Azərbaycanın sədrliyi dövründə Hərəkatın üzv dövlətləri arasında həmrəylik və əməkdaşlığın gücləndirilməsinə xüsusi diqqət yetirildiyini, Qoşulmama Hərəkatının, BMT-nin yüksək səviyyəli görüşlərinin keçirilməsi təşəbbüsünün irəli sürüldüyünü, COVID-19 pandemiyasına və onun nəticələrinə qarşı əlaqələndirilmiş beynəlxalq reaksiyanın formalaşdırılmasına töhfə verildiyini bildirib. Qeyd edilib ki, Azərbaycan 80-dən artıq dövlətə maliyyə və humanitar yardımı göstərib, onları texniki dəstək və təhsil qrantları ilə təmin edib. Spiker eyni zamanda Hərəkatın institusional inkişafına xüsusi diqqət yetirildiyini və onun nəsillər və təsisatlar arasında iştirakını genişləndirdirməyə xüsusi diqqət yetirildiyini bildirib. Geri dön |