Ana Sayfa > Gündəm > YAP Şəmkir rayon təşkilatının təşkilatçılığı ilə Qarabağ İqtisadi rayonuna səfər təşkil olunub

YAP Şəmkir rayon təşkilatının təşkilatçılığı ilə Qarabağ İqtisadi rayonuna səfər təşkil olunub


Bu gün, 16:17. Yazar: azer
YAP Şəmkir rayon təşkilatının təşkilatçılığı ilə Qarabağ İqtisadi rayonuna səfər təşkil olunub

Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatının təşkilatçılığı ilə Qarabağ İqtisadi rayonuna səfər təşkil olunmuşdur.

Səfərdə YAP Şəmkir rayon təşkilatının sədri Zamir Güvəndiyev, rayon təşkilatı aparatının əməkdaşları, ƏPT sədrləri, partiya fəalları iştirak etdilər.
Səfər iştirakçıları Ağdam Cümə Məscidini, Ağdam Şəhidlər Xiyabanını, Əsgəran qalasını, Qarabağ Universitetini, Zəfər Parkını, Şuşa qalasını, Yuxarı Gövhər Ağa Məscidini, Cıdır düzünü, Molla Pənah Vaqifin Məqbərəsini və İsa bulağını ziyarət etmişlər.
İşğaldan azad olunmuş torpaqlarımıza səfər etmək hər bir azərbaycanlı üçün böyük qürur və fəxarət hissidir. Vətənin bütövlüyü bir xalqın qürurunun, bir millətin isə sarsılmaz gücünün rəmzidir. Qarabağa səfər etmək illərlə hər birimizin ürəyində yaşatdığı ən böyük arzulardan biri idi. Müqəddəs torpaqlarda olmaq, Zəfərin ruhunu hiss etmək, qəhrəman şəhidlərimizin və rəşadətli ordumuzun bizə əmanət etdiyi gözəllikləri görmək sonsuz qürur hissi yaşadır.
44 günlük Vətən müharibəsində Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyəti, ordumuzun şücaəti və xalqımızın birliyi sayəsində xalqımız tarixi Zəfərə imza atmışdır. Bu gün Qarabağda genişmiqyaslı abadlıq və quruculuq işləri həyata keçirilir. İştirakçılar Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə Qarabağda, o cümlədən Ağdamda aparılan yenidənqurma layihələri, Xankəndidə formalaşan yeni inkişaf mühiti və Şuşanın tarixi-mədəni simasının bərpası prosesindəki quruculuq işlərinin sürətlə həyata keçirildiyinin bir daha şahidi oldular.

Bu səfər iştirakçılarda vətənpərvərlik ruhunun daha da güclənməsinə, milli birlik və həmrəyliyin möhkəmlənməsinə töhfə vermiş və unudulmaz təəssüratlarla yadda qalmışdır.

İştirakçılar bu əlamətdar səfəri onlara bəxş etdiyi üçün partiya rəhbərliyinə dərin minnətdarlıqlarını bildirdilər.
Geri dön