Ana Sayfa > Özəl > Azərbaycanda balıqçılar üçün qadağa bitdi: Bu gündən ova icazə verilir

Azərbaycanda balıqçılar üçün qadağa bitdi: Bu gündən ova icazə verilir


Bu gün, 14:03. Yazar: vasif
Azərbaycanda balıqçılar üçün qadağa bitdi: Bu gündən ova icazə verilir



Azərbaycanda kürüləmə dövrü ilə əlaqədar sənaye məqsədli balıq və digər su bioresurslarının ovuna tətbiq edilən moratoriumun müddəti başa çatıb. Sentyabrın 1-dən etibarən müəyyən edilmiş su hövzələrində balıq ovu mövsümü rəsmən açılıb.
Mövcud qaydalara əsasən, Xəzər dənizi, Kür çayı, Sarısu gölü, eləcə də Mingəçevir, Şəmkir, Araz və Yenikənd su anbarlarında kürüləmə dövrü ilə bağlı tətbiq edilən məhdudiyyət sentyabrın 1-də qüvvədən düşür.
Balıq ovu ilə məşğul olan fiziki və hüquqi şəxslər fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğun həyata keçirməlidirlər. Qadağan olunmuş ov vasitələrindən istifadə, müəyyən edilmiş qaydaların pozulması və müvafiq balıqovlama bileti olmadan ovla məşğul olmaq məsuliyyət yarada bilər.
Yeni mövsümlə əlaqədar su hövzələrində nəzarət də davam etdiriləcək. Balıqçılıq və Akvakultura Mərkəzi ilə Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları Xəzərin Azərbaycana aid hissəsində və daxili su hövzələrində qanunsuz balıq ovunun qarşısının alınması məqsədilə yoxlamalar həyata keçirəcəklər.
Qurum vətəndaşları balıq ehtiyatlarının qorunmasına, müəyyən edilmiş ov qaydalarına əməl etməyə və qanunsuz balıqçılıq halları ilə rastlaşdıqda aidiyyəti dövlət strukturlarına məlumat verməyə çağırıb.
Geri dön