Ana Sayfa > Özəl > Rusiyanın strateji limanına gecə hücumu: Ust-Luqada yanğın başladı

Rusiyanın strateji limanına gecə hücumu: Ust-Luqada yanğın başladı


Bu gün, 13:16. Yazar: vasif
Rusiyanın strateji limanına gecə hücumu: Ust-Luqada yanğın başladı



Ukraynanın sentyabrın 1-nə keçən gecə Rusiyanın Leninqrad vilayətinə genişmiqyaslı PUA hücumu həyata keçirdiyi bildirilir. Hücumun əsas nəticələrindən biri strateji əhəmiyyət daşıyan Ust-Luqa limanında yanğının baş verməsi olub.
Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenkonun açıqlamasına görə, gecə ərzində bölgə üzərində 52 pilotsuz uçuş aparatı vurulub. Buna baxmayaraq, Ust-Luqa limanının ərazisində yanğın başlayıb və infrastruktura ziyan dəyib.
Hələlik dağıntıların miqyası və yanğının limanın fəaliyyətinə nə dərəcədə təsir göstərdiyi açıqlanmayıb. Hadisə yerində fövqəladə xidmətlərin işlədiyi, hücumun nəticələrinin dəqiqləşdirildiyi bildirilir.
Bu, Leninqrad vilayətində son üç gün ərzində yanğınla nəticələnən ikinci belə hücumdur. Avqustun 30-na keçən gecə də bölgə kütləvi PUA hücumuna məruz qalmış, Kirişidə yerləşən neft emalı zavodunun ərazisində yanğın baş vermişdi.
Ardıcıl hücumlar Rusiyanın enerji və logistika infrastrukturlarının Ukrayna PUA-larının əsas hədəfləri sırasında qalmağa davam etdiyini göstərir.
Geri dön