Ana Sayfa > Karusel / Ölkə > Leysan yağacaq, dolu düşəcək -

Leysan yağacaq, dolu düşəcək -


Bu gün, 10:19. Yazar: Subhan
Leysan yağacaq, dolu düşəcək -

Sentyabrın 1-i gündüzdən 2-si axşamadək bəzi dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağış yağacağı gözlənilir.

Bu barədə aia.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Gözlənilən yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi istisna olunmur.

aia.az
Geri dön