Ana Sayfa > Ölkə > Karton stəkanda çay-qəhvə içənlərə
Karton stəkanda çay-qəhvə içənlərəBu gün, 08:15. Yazar: Subhan |
![]() "ACS Food Science & Technology" jurnalında dərc edilən araşdırmada iki fərqli karton stəkan növü araşdırılıb. Bunlardan biri neft əsaslı polietilen (PE), digəri isə biomənşəli parçalana bilən polilaktik turşu (PLA) örtüyə sahib idi. aia.az xəbər verir ki, karton stəkanlar kənardan tamamilə kağızdan düzəldilmiş kimi görünsə də, mayeni buraxmaması və quruluşunu korlamaması üçün daxili səthində adətən incə bir plastik təbəqə olur. Tədqiqatçılar bu örtüklərin isti su ilə təmasda olarkən nə qədər plastik hissəcik buraxdığını incəyiblər. Nəticədə hər iki stəkan növündən mikro və nano ölçüdə plastik hissəciklərin suya keçdiyi sübut edilib. Ölçülərdə bioloji olaraq parçalana bilən PLA örtüklü stəkanlardan millilitr başına təxminən 4,3 milyon nanohissə, ənənəvi PE örtüklü stəkanlardan isə təxminən 2,7 milyon nanohissənin ayrıldığı müəyyən olunub. Tədqiqatçılar bu hissəciklərin insan saçından təxminən min dəfə incə olduğunu qeyd ediblər. Araşdırmanın ən təəccüblü nəticəsi isə ətraf mühit üçün dost alternativ kimi istifadə edilən PLA örtüklü stəkanlarda müşahidə olunub. Bu stəkanlardan yaranan plastik hissəciklərin ümumi kütləsi PE örtüklü stəkanlarla müqayisədə təxminən 12 dəfə daha çox ölçülüb. Tədqiqatçılar bunun PLA-nın birbaşa olaraq zərərli demək olmadığını xüsusilə vurğulayırlar. Araşdırmanın məqsədi fərqli stəkan örtüklərinin isti içkilərlə təmasda olarkən nə qədər hissəcik buraxdığını üzə çıxarmaqdır. aia.az Geri dön |