Ana Sayfa > Ölkə / Karusel > Qarabağda Türkiyə şirkətinin əməkdaşları bədbəxt hadisə nəticəsində öldülər
Qarabağda Türkiyə şirkətinin əməkdaşları bədbəxt hadisə nəticəsində öldülərBu gün, 07:16. Yazar: Subhan |
![]() Şuşa-Laçın avtomobil yolunda qazıntı işləri aparılarkən iki nəfər ölüb. aia.az xəbər verir ki, hadisə avqustun 30-da Şuşa-Laçın avtomobil yolunun inşası ilə bağlı aparılan işlər zamanı baş verib. Məlumata görə, yolun tikintisində çalışan “Polat Yol Yapı Sanayi ve Ticaret A.Ş.” şirkətinin əməkdaşları – topoqraf Kənan Hacıyev və onun köməkçisi Polad Məmmədzadə qazıntı işləri zamanı həyatlarını itiriblər. Faktla bağlı cinayət işi başlanılıb. Hadisənin səbəbləri və digər hallar prokurorluq tərəfindən araşdırılır. /SİA aia.az Geri dön |