Ana Sayfa > Ölkə > Qəzada ölən sürücü vəzifəli şəxs imiş - Foto

Qəzada ölən sürücü vəzifəli şəxs imiş - Foto


Bu gün, 16:03. Yazar: vasif
Qəzada ölən sürücü vəzifəli şəxs imiş - Foto


Füzulidə yol-nəqliyyat hadisəsində həyatını itirən sürücünün Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı olduğu müəyyənləşib.

“aia.az”ın məlumatına görə, qəza zamanı avtomobili ağaca çırpılaraq həyatını itirən 1999-cu il təvəllüdlü Sahil Quliyev ANAMA-nın Füzuli rayon bölməsində tədqiqat qrupunun rəhbəri vəzifəsində çalışıb.

Qeyd edək ki, hadisə Füzuli rayonunun Molla Məhərrəmli kəndi ərazisində baş verib. Sahil Quliyev idarə etdiyi “Mercedes” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və nəqliyyat vasitəsi ağaca çırpılıb. Nəticədə, sürücü hadisə yerində ölüb.


Geri dön