Ana Sayfa > Cəmiyyət / Karusel > Sankt-Peterburqda terror həyəcanı - Binanı partlatmaq istədilər

Sankt-Peterburqda terror həyəcanı - Binanı partlatmaq istədilər


6-04-2017, 12:28. Yazar: admin
Sankt-Peterburqda terror həyəcanı - Binanı partlatmaq istədilər



Rusiyanın Sankt-Peterburq şəhərində yaşayış binasına yerləşdirilən partlayıcı qurğu zərərsizləşdirilib.

AzVision.az TASS-a istinadən xəbər verir ki, bu barədə şəhərin Nevsk rayon administrasiyasının rəhbəri Konstantin Serov bildirib.

“Partlayıcı qurğu aşkarlanıb və zərərsizləşdirilib”, - deyə Serov vurğulayıb. Ehtimal olunur ki, Sankt-Peterburqda növbəti dəfə partlayış törətmək istəyirlər.

Qeyd edək ki, bir neçə gün öncə Sankt-Peterburqda metroda partlayış baş verib. Hadisə nəticəsində 14 nəfər həlak olub, 51 nəfər yaralanıb.

AİA.az
Geri dön