Ana Sayfa > Gündəm > Araik və dəstəsinin işi Avropa Məhkəməsinə getdi – Bakıdan REAKSİYA
Araik və dəstəsinin işi Avropa Məhkəməsinə getdi – Bakıdan REAKSİYABu gün, 13:39. Yazar: vasif |
![]() Bakıda həbsdə olan erməni hərbi canilərinin işi Avropa İnsan Haqları Məhkəməsinə göndərilib. aia.az Nyus.am-a istinadla xəbər verir ki, erməni hərbi cinayətkarlarının maraqlarını təmsil edən hüquq müdafiəçisi Siranuş Sahakyan bu məlumatı yayıb. Şikayətdə iddia olunur ki, Azərbaycan tərəfindən 15 erməniyə qarşı keçirilən məhkəmə prosesləri “Konvensiyanın 6-cı maddəsi ilə təmin edilən ədalətli məhkəmə araşdırması hüququnu pozub”. Qeyd olunub ki, “Hərbi Məhkəmənin mülki şəxslərə qarşı işlərə baxmaq və hökm çıxarmaq üçün müvafiq yurisdiksiyası yox idi”. Bundan əlavə, iddia edilir ki, “müdafiə hüququnun pozulması hökmün verilməsi və apelyasiya şikayəti zamanı da davam edib. Məhbuslara yalnız hökmü oxumaq imkanı verilib, həmin hökmün həqiqiliyini təsdiq edən rəsmi möhürü və ya digər rekvizitləri yox idi”. Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə Musavat.com-a bildirib ki, Avropa Məhkəməsinin qərarları Azərbaycan tərəfindən icra olunmur. Onun sözlərinə görə, buna səbəb AŞ PA tərəfindən nümayəndə heyətimizə qoyulan sanksiyadır: "O baxımdan, ilk növbədə hansı qərarın verilməsindən asılı olmayaraq, Azərbaycan onu tanımayacaq. İkincisi, Avropa Məhkəməsindən bu məsələdə obyektivlik gözləntisi azdır. Çünki onların işini hüquqi yox, siyasi predmetə çevirməyə cəhd edirlər. Erməni tərəfi onların həbsini beynəlxalq aləmdə siyasi kampaniya kimi təşkil edir. Halbuki bu məsələdə heç bir siyasi motiv yoxdur və həmin şəxslər hərbi cinayətkarlardır, layiqli cəzalarını alıblar”. Hüquq müdafiəçisi təəssüf edir ki, bu prosesdə bir sıra beynəlxalq təşkilatlar, Avropa Parlamenti, AŞ PA, bəzi konqresmenər, ermənipərəst dairələr canfəşanlıq edir: “İndi də Avropa Məhkəməsində məsələ qaldırmaqla beynəlxalq diqqəti cəlb etməyə çalışırlar. Əgər Avropa Məhkəməsi ədalətli yanaşma ortaya qoyacaqsa, Bakıda verilən hökm qüvvədə saxlanmalıdır. Çünki Araik və digərlərinin cinayət əməlləri sübuta yetirilib, özləri də etiraf ediblər”. Çingiz Qənizadə bildirib ki, işə Bakı Hərbi Məhkəməsinin baxması tam əsaslıdır: "Bu adamlar xunta rejiminə rəhbərlik ediblər, müxtəlif hərbi rütbələr daşıyıblar. Eyni zamanda, Araik Aryutunyan Gəncənin bombalanması əmrini verdiyini açıqlayıb. Vardanyan isə erməni əhalisini silahlanmağa çağırıb. Eləcə də digərləri separatizmə, terrorizmə xidmət ediblər, Azərbaycan ərazilərində qanunlara qarşı çıxaraq cinayətkar fəaliyyət göstəriblər. Bundan əlavə, Bako Saakyan kimi Xocalı qatilləri və digərləri müxtəlif hərbi cinayətlər törədiblər. Bu mənada, onların işinə Bakı Hərbi Məhkəməsində baxılması tam əsaslıdır". Geri dön |