Ana Sayfa > Özəl > Nigar Ağayarova - mənalı ömrün yeni səhifəsi.

Nigar Ağayarova - mənalı ömrün yeni səhifəsi.


Bu gün, 12:52. Yazar: azer
Nigar Ağayarova - mənalı ömrün yeni səhifəsi.

Bu gün Hira Nur Academy-nin rəhbəri, eyni zamanda ərəb dili üzrə peşəkar mütəxəssis və müəllimə Nigar İlqar qızı Ağayarovanın doğum günüdür.
Bu əlamətdar və sevincli gün münasibətilə Nigar xanımı bütün kollektiv adından, o cümlədən öz adımdan ürəkdən təbrik edir, ona möhkəm can sağlığı, uzun və mənalı ömür və həyatının bütün sahələrində yeni-yeni uğurlar arzulayırıq.

İnsanlara bilik öyrətmək, onların inkişafına töhfə vermək və seçdiyi peşəyə böyük sevgi ilə yanaşmaq hər kəsə nəsib olan keyfiyyət deyil. Nigar xanımın müəllimlik fəaliyyətində göstərdiyi zəhmət, məsuliyyət və peşəkarlıq, rəhbər kimi fəaliyyəti isə onun işinə olan sədaqətinin və yüksək insani keyfiyyətlərinin bariz nümunəsidir.

Arzu edirik ki, yeni yaşınız Sizə yeni imkanlar, xoş günlər, gözəl anlar və daha böyük nailiyyətlər gətirsin. Qarşıdakı bütün məqsədlərinizə çatasınız, həm iş həyatınızda, həm də şəxsi həyatınızda daim sevinc, xoşbəxtlik və uğur Sizinlə olsun.

Doğum gününüz mübarək, Nigar xanım! Yeni yaşınız mübarək olsun!
Geri dön