Ana Sayfa > Özəl > Putindən həbsdəki Köçəryana diqqətçəkən mesaj: “Rusiyada xidmətləriniz unudulmur”

Putindən həbsdəki Köçəryana diqqətçəkən mesaj: “Rusiyada xidmətləriniz unudulmur”


Bu gün, 12:31. Yazar: vasif
Putindən həbsdəki Köçəryana diqqətçəkən mesaj: “Rusiyada xidmətləriniz unudulmur”



Rusiya Prezidenti Vladimir Putin Ermənistanın həbsdə olan sabiq prezidenti Robert Köçəryanı doğum günü münasibətilə təbrik edib. İstintaq təcridxanasında saxlanılan keçmiş dövlət başçısına göndərilən teleqram siyasi məzmunu ilə diqqət çəkib.
Putin Köçəryanın Rusiya-Ermənistan münasibətlərinin inkişafındakı rolunu xüsusi vurğulayaraq onun iki ölkə arasında dostluq və müttəfiqlik əlaqələrinə verdiyi töhfənin Rusiyada unudulmadığını bildirib.
Rusiya lideri Köçəryana möhkəm cansağlığı və ruh yüksəkliyi arzulamaqla yanaşı, onun və ailəsinin hazırda üzləşdiyi “sınaqlar qarşısında dözümlülük” nümayiş etdirməsini diləyib.
Putinin məhz Köçəryanın həbsindən sonra belə bir mesaj göndərməsi Moskvanın Ermənistanda baş verən siyasi proseslərə münasibəti baxımından diqqət çəkir.
Xatırladaq ki, Ermənistan məhkəməsi avqustun 27-də Robert Köçəryan barəsində iki aylıq həbs qətimkan tədbiri seçib. Sabiq prezident vəzifə səlahiyyətlərindən sui-istifadə, külli miqdarda çirkli pulların yuyulması və rüşvətalma ilə bağlı ittihamlarla üzləşir.
Geri dön