Ana Sayfa > Siyasət > Məmmədyarov Daşkəndə getmədi, müavinini göndərdi

Məmmədyarov Daşkəndə getmədi, müavinini göndərdi


6-04-2017, 12:00. Yazar: admin
Məmmədyarov Daşkəndə getmədi, müavinini göndərdi



Azərbaycanı Müstəqil Dövlətlər Birliyinin Xarici İşlər Nazirləri Şurasının iclasında xarici işlər nazirinin müavini Xələf Xələfov təmsil edəcək.

Bu barədə Azərbaycan XİN-dən məlumat verilib.

Aprelin 7-də Daşkənddə keçiriləcək iclas MDB-nin Dövlət və Hökumət başçıları şuralarının iclaslarına əsas hazırlıq mərhələlərindən biridir.

İclasın gündəliyinə 16 sənəd layihəsinin müzakirəsi daxildir.

İştirakçılar, həmçinin regional təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsi, ticati-iqtisadi və mədəni-humanitar əməkdaşlığın dərinləşdirilməsi məsələlərini müzakirə edəcəklər.

AİA.az
Geri dön