Ana Sayfa > Özəl > Kiprdə danışıqlar yenidən canlandı: Bakı və Ankaranın mövqeyi diqqət mərkəzində
Kiprdə danışıqlar yenidən canlandı: Bakı və Ankaranın mövqeyi diqqət mərkəzindəBu gün, 18:00. Yazar: vasif |
![]() Kipr Respublikasının Prezidenti Nikos Xristodulideslə Şimali Kipr Türk Respublikasının lideri Tufan Ərhürman arasında BMT-nin himayəsi altında təxminən üç saatlıq görüş keçirilib. Tərəflər danışıqların davam etdirilməsi və həftədə bir dəfə görüşülməsi barədə razılığa gəliblər. Görüşdə əsas diqqət tərəflər arasında etimadın artırılmasına, gələcək danışıqların metodologiyasına və mövqelərin yaxınlaşdırılması imkanlarına yönəlib. Vətəndaş cəmiyyətləri arasında dialoqu genişləndirəcək mexanizmlərin yaradılması istiqamətində də addımlar atılıb. Deputat Elçin Mirzəbəyli hesab edir ki, bu proses Türkiyənin Şimali Kiprlə bağlı mövqeyindən geri çəkilməsi kimi qiymətləndirilməməlidir. Onun fikrincə, hazırda yekun statusun müəyyənləşdirilməsindən daha çox, tərəflərin hansı şərtlərlə ciddi danışıqlara qayıda biləcəyi araşdırılır. Ekspert 2004-cü ildəki “Annan planı” referendumunu xatırladaraq Kipr türklərinin planı dəstəklədiyini, yunan tərəfinin isə rədd etdiyini vurğulayıb. Sonrakı illərdə nəticəsiz qalan danışıqlar Şimali Kiprdə suveren bərabərlik və iki dövlətli həll mövqeyinin daha da güclənməsinə səbəb olub. Tufan Ərhürmanın dialoqa daha açıq yanaşması da Şimali Kiprin öz statusundan və Türkiyə ilə strateji münasibətlərindən imtinası anlamına gəlmir. Əsas məsələlər – siyasi bərabərlik, təhlükəsizlik, zəmanətlər, ərazi və mülkiyyət kimi mövzular hələ də həllini gözləyir. Azərbaycanın mövqeyinə gəldikdə isə, Mirzəbəylinin fikrincə, Bakı Ankara ilə birlikdə Kipr türklərinin siyasi iradəsini, bərabər statusunu və təhlükəsizlik təminatlarını nəzərə alan həll modelini dəstəkləyə bilər. Şimali Kiprin Türk Dövlətləri Təşkilatı ilə əlaqələrinin genişlənməsi isə prosesin türk dünyası baxımından əhəmiyyətini daha da artırır. Geri dön |