Ana Sayfa > Ölkə > Üç nəfərin meyiti təhvil verildi - Nazirlikdən açıqlama
Üç nəfərin meyiti təhvil verildi - Nazirlikdən açıqlamaBu gün, 11:55. Yazar: vasif |
![]() Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən həftə ərzində 751 yanğına çıxış olub. Bu barədə aia.az-a qurumun Mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, 28 halda köməksiz vəziyyətdə qalma və 4 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib. Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən həftə ərzində 5-i azyaşlı olmaqla 43 nəfər xilas edilib, yanğınlar zamanı 9 nəfər təxliyə olunub, 4 nəfər xəsarət alıb, 3 nəfərin meyiti təhvil verilib. Geri dön |