Ana Sayfa > Gündəm > Deputatlar arasında mübahisə: "Təhsil müəssisəsi məscid deyil..."
Deputatlar arasında mübahisə: "Təhsil müəssisəsi məscid deyil..."6-04-2017, 11:55. Yazar: admin |
“Xarici sərmayədarlara şərait yaradılmalıdır ki, Azərbaycanda təhsil müəssisələri tiksinlər”. AzVision.az xəbər verir ki, bunu deputat Şəmsəddin Hacıyev Milli Məclisin Elm və təhsil komitəsinin iclasında “Məktəbəqədər təhsil haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib. Ş.Hacıyevin səsləndirdiyi fikirlərə deputat həmkarı Asim Mollazadə etiraz edib. A.Mollazadə bu məsələnin mümkün olmadığını deyib. Ş.Hacıyev isə deyib ki, məktəbəqədər təhsil müəssisəsi məscid deyil ki, vəhhabilik və digər cərəyanlarla məşğul olsunlar: “Ona görə də xaricilərə təsisçilik hüququ verilməlidir. Tədris və təsisçilik ayrı-ayrı şeylərdir”. Komitə sədri İsa Həbibbəyli isə qeyd edib ki, təsisçilərin azərbaycanlı olması çox vacibdir. AİA.az Geri dön |