Ana Sayfa > Ölkə > Xaçmaz stansiyasında yük qatarının qarşısına qəfil çıxan şəxs öldü
Xaçmaz stansiyasında yük qatarının qarşısına qəfil çıxan şəxs öldüBu gün, 10:25. Yazar: vasif |
![]() Bu gün saat 05:05 radələrində Xaçmaz stansiyasında hərəkət edən yük qatarının qarşısına qəfil insan çıxıb. Bununla bağlı “Azərbaycan Dəmir Yolları” QSC (ADY) “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, maşinist tərəfindən təcilli tormozlama aparılsa da, məsafə az olduğundan toqquşma hadisəsi qaçılmaz olub, nəticədə həmin şəxs həyatını itirib. “ADY bir daha insanlara çağırış edərək onları dəmir yolu xətlərini yalnız müəyyən edilmiş yer və piyada keçidlərindən keçməyə, həyatlarını riskə atacaq hərəkətlərdən çəkinməyə çağırır. Qaydalara riayət etmək hər bir vətəndaşın borcudur və onları pozmaq inzibati məsuliyyət yaradır. Nəzərə almaq lazımdır ki, diqqətsizlik, tələskənlik, qaydalara laqeyd münasibət bəzən arzuolunmaz hallara səbəb olur”, - məlumatda deyilir. Geri dön |