Ana Sayfa > Dünya > Kiprdə batan gəmidə azərbaycanlılar da olub

Kiprdə batan gəmidə azərbaycanlılar da olub


Dünən, 19:55. Yazar: vasif
Kiprdə batan gəmidə azərbaycanlılar da olub


Şimali Kipr sahillərində batan bərənin heyətində Azərbaycan vətəndaşları Valeh Hümmətov və Rəşad İbrahimov olub.

aia.az xəbər verir ki, bunu AZƏRTAC-a Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin rəhbəri Orhan Həsənoğlu açıqlayıb.

"Hər ikisi xilas edilib", - o bildirilib.

Azərbaycan vətəndaşları ilkin tibbi yardım aldıqdan sonra xəstəxanadan buraxılıblar:

"Onların sağlamlıqları üçün təhlükə yoxdur".
Geri dön