Ana Sayfa > Dünya > 6 yaşlı qız 3 gün dağıntılar altında qaldı -
6 yaşlı qız 3 gün dağıntılar altında qaldı -Bu gün, 16:22. Yazar: vasif |
![]() Nepalda polis əməkdaşları dağıdıcı daşqınlardan sonra Rasuva rayonunda üç gün ərzində dağıntılar altında qalan altı yaşlı uşağı xilas ediblər. “aia.az” xəbər verir ki, bu haqda “India Today” sosial şəbəkələrdə yayılan videoya istinadən məlumat yayıb. Xilasetmə əməliyyatını əks etdirən video ilə müşayiət olunan məlumatda deyilir: “Cümə günü Nepalda xilasedicilər möcüzəyə imza ataraq dağıdıcı daşqınların Himalay ölkəsini vurmasından üç gün sonra Rasuva rayonunda torpaq və dağıntılar altında altı yaşlı qızı sağ vəziyyətdə tapıblar”. Bildirilir ki, xilas edildikdən sonra qız hava yolu ilə Katmandudakı xəstəxanaya çatdırılıb və hazırda orada lazımi tibbi müalicə alır. Geri dön |