Ana Sayfa > Dünya > NATO-dan Rusiyaya çəkindirici mesaj: Hərbi gücümüzü sınağa çəkməyə dəyməz

NATO-dan Rusiyaya çəkindirici mesaj: Hərbi gücümüzü sınağa çəkməyə dəyməz


Bu gün, 11:00. Yazar: vasif
NATO-dan Rusiyaya çəkindirici mesaj: Hərbi gücümüzü sınağa çəkməyə dəyməz


Finlandiya Prezidenti Aleksander Stubb Rusiyanın NATO-ya ehtimal olunan hücumu ilə bağlı əlində heç bir sübutun olmadığını bildirib.

aia.az xəbər verir ki, ölkə rəhbəri "Bild" nəşrinə verdiyi müsahibəsində malik olduqları kəşfiyyat məlumatlarının belə bir ssenarini təsdiqləmədiyini qeyd edib. Stubb vurğulayıb ki, NATO-nun adi silahları, raketləri və nüvə gücü caydırıcı faktor rolunu oynayır, bu səbəbdən alyansın qətiyyətini sınağa çəkməyin heç bir mənası yoxdur.

Bununla yanaşı, Finlandiya lideri prosesləri düzgün anlamaq üçün Avropanın Moskva ilə kontaktları saxlamasını vacib hesab edir. O, MKİ direktoru Con Retkliffin Moskvaya səfərini müsbət qiymətləndirərək ABŞ və Rusiya arasında müxtəlif formatlarda əlaqələrin saxlanılmasını doğru addım adlandırıb. Stubb həmçinin əlavə edib ki, yalnız iqtisadi çətinliklər Rusiyanı Ukraynadakı müharibəni dayandırmağa məcbur etməyəcək və rus xalqının çətinliklərə dözmə qabiliyyətini kiçiltmək olmaz.
Geri dön