Ana Sayfa > Dünya > Netanyahunun oğluna sui-qəsd... – İsrail xüsusi xidmətindən bu ölkədə təcili əməliyyat

Netanyahunun oğluna sui-qəsd... – İsrail xüsusi xidmətindən bu ölkədə təcili əməliyyat


Bu gün, 09:21. Yazar: vasif
Netanyahunun oğluna sui-qəsd... – İsrail xüsusi xidmətindən bu ölkədə təcili əməliyyat


İsrailin Baş naziri Benyamin Netanyahunun oğlu Yair Netanyahu həyatına ciddi təhlükə yarandığı üçün ABŞ-dən təcili şəkildə İsrailə qaytarılıb.

aia.az xəbər verir ki, bu barədə “The Jerusalem Post” İsrailin Ümumi Təhlükəsizlik Xidmətinə – ŞABAK-a istinadən məlumat yayıb.

ŞABAK Yair Netanyahuya qarşı ciddi təhlükənin mövcud olduğunu təsdiqləyib.

“Yair Netanyahuya zərər yetirilməsi ilə bağlı ciddi təhlükə var idi. Vəziyyət qiymətləndirildikdən sonra onun təhlükəsizlik qrupu ilə birlikdə təcili şəkildə İsrailə çıxarılması barədə qərar qəbul edildi”, – deyə qurum bildirib.

Məlumata görə, Yair Netanyahu həmin vaxt ABŞ-nin Florida ştatının Mayami bölgəsində yaşayırdı. Daha əvvəl “Newsmax” ABŞ hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən bildirmişdi ki, İsrail kəşfiyyatı hələ 2025-ci ilin dekabrında Yair Netanyahuya qarşı İranla əlaqələndirilən sui-qəsd planı barədə məlumat əldə edib.

Mənbənin sözlərinə görə, İran əməliyyatçılarının Mayami bölgəsində olduğu və Netanyahunun oğlunun yaşadığı yeri və hərəkətlərini izlədiyi düşünülürdü.

Bundan sonra Yair Netanyahuya Floridanı dərhal tərk etmək göstərişi verilib və o, İsrailə qaytarılıb.

Baş nazir Benyamin Netanyahu da bir neçə gün əvvəl İranın oğullarından birini öldürməyə cəhd etdiyini açıqlamış, lakin həmin vaxt söhbətin Yair, yoxsa Avner Netanyahudan getdiyini bildirməmişdi.
Geri dön