Ana Sayfa > Siyasət > Erməni deputat Sarkisyanın əlindən ABŞ-a qaçmaq istəyir

Erməni deputat Sarkisyanın əlindən ABŞ-a qaçmaq istəyir


6-04-2017, 11:11. Yazar: admin
Erməni deputat Sarkisyanın əlindən ABŞ-a qaçmaq istəyir



Erməni deputat Mqer Sedrakyan son zamanlar depressiyadan əziyyət çəkir və ciddi problemləri var. AzVision.az “Aykakan Jamanak”-a istinadən xəbər verir ki, çətin günlər yaşayan Sedrakyan ABŞ-a getməyə hazırlaşır.

Hakimiyyətlə yaşadığı problemlərə görə, onun adı seçki siyahısına daxil edilməyib. Deputat, həmçinin Ermənistan Dövlət Kadastr Komitəsinin sədrinin müavini olan oğlunun da deputatlığa namizədliyinin irəli sürülməsini istəyib. Lakin onun bu istəyi nəzərə alınmayıb. Onun bağça direktoru olan qızı işdən çıxmaq üçün ərizə yazıb. Sedrakyan oğlundan sonra ABŞ-a getmək istəyir.

Məlumata görə, hakimiyyət onun şirkətlərinə qarşı yoxlamalara başlayacaq.

AİA.az
Geri dön