Ana Sayfa > Dünya > Hər kəs ürəyi qoruduğunu düşünürdü – Sən demə, bizi yavaş-yavaş öldürürmüş...
Hər kəs ürəyi qoruduğunu düşünürdü – Sən demə, bizi yavaş-yavaş öldürürmüş...Bu gün, 16:43. Yazar: vasif |
![]() Türkiyənin Çukurova Universitetinin müəllimi, dosent Çağlar Özmen xalq arasında ürək damarlarını açdığına, qan təzyiqini və xolesterini aşağı saldığına inanılan sirkə, sarımsaq ekstraktı, limonlu su və qara zirə kimi məhsulların dərman əvəzinə istifadə edilməməli olduğunu bildirib. Həkim vurğulayıb: “Sirkə, sarımsaq ekstraktı və limonlu su balanslı qidalanmanın bir hissəsi ola bilər. Amma bunların heç biri xalq arasında deyildiyi kimi ürək damarlarını açmır. Heç biri yüksək xolesterini aşağı salmır, qan şəkərinin və ya arterial təzyiqin tənzimlənməsinə də müalicəvi baxımdan əhəmiyyətli töhfə vermir. Sarımsaq ekstraktı ilə bağlı son illərdə xüsusilə ABŞ-də müəyyən araşdırmalar aparılıb. O, yüksək təzyiq və xolesterinin müalicəsində istifadə olunan bəzi qida əlavələrinin tərkibində yer ala bilər. Lakin bizim üçün bunlar qida dəyəri olan əlavə məhsullardır. Həkimin təyin etdiyi dərmanı əvəz etmir”. Çağlar Özmen qan şəkərini tənzimlədiyi, damar tıxanıqlığını aradan qaldırdığı və xolesterini aşağı saldığı düşünülən bal və bəkməzlə bağlı da xəbərdarlıq edib. O bildirib ki, bu məhsulların tərkibindəki yüksək şəkər miqdarı xüsusilə şəkərli diabeti və artıq çəki problemi olan insanlar üçün əlavə risk yarada bilər. Son illərdə xolesterini aşağı saldığı düşüncəsi ilə qara zirənin də geniş istifadə edildiyini deyən Özmen bununla bağlı fikirlərin də elmi əsasının olmadığını qeyd edib. Çağlar Özmen xüsusilə arterial hipertenziya və yüksək xolesterindən əziyyət çəkən insanların həkim tərəfindən təyin olunan dərmanları dayandıraraq yalnız “təbii” məhsullara yönəlməsinin ciddi təhlükə yarada biləcəyini vurğulayıb: “Ən böyük problem bu qidaların dərmanın əvəzi kimi qəbul edilməsidir. Belə yanaşma mövcud xəstəliyin daha da ağırlaşmasına səbəb ola bilər. Xroniki xəstəliklərin uzun müddət müalicə edilməməsi daha ciddi problemlərə gətirib çıxarır. Biz pasiyentlərə dərman müalicəsindən əlavə həyat tərzinin dəyişdirilməsini, müntəzəm fiziki aktivliyi və düzgün qidalanmanı da tövsiyə edirik. Lakin bütün bunlar yenə də həkim nəzarəti altında, dərman müalicəsi ilə birlikdə və ya mütəmadi tibbi nəzarət şəraitində həyata keçirilməlidir”. Geri dön |