Ana Sayfa > Dünya > Nepalda ölənlərin sayı 626-ya çatdı
Nepalda ölənlərin sayı 626-ya çatdıBu gün, 09:15. Yazar: vasif |
![]() Nepalda baş verən dağıdıcı daşqınlar nəticəsində ölənlərin sayı 626-ya yüksəlib. “aia.az” CNN-ə istinadən xəbər verir ki, bu rəqəm əvvəlki açıqlama ilə müqayisədə əhəmiyyətli artım deməkdir. Son məlumatlarda ölənlərin sayının 579 olduğu, təxminən 2 min nəfərin isə itkin düşdüyü bildirilirdi. Qeyd edək ki, Nepal-Çin sərhədində baş verən buzlaq çökməsindən sonra yaranan güclü sel və daşqınlar genişmiqyaslı dağıntılara səbəb olub. Bölgədə axtarış-xilasetmə əməliyyatları davam edir. Fəlakət nəticəsində yaşayış məntəqələri, yollar, körpülər və enerji infrastrukturu ciddi zərər görüb. Geri dön |