Ana Sayfa > Ölkə > Nazir Kəlbəcərdə vətəndaşları qəbul etdi - Fotolar
Nazir Kəlbəcərdə vətəndaşları qəbul etdi - FotolarBu gün, 15:37. Yazar: vasif |
![]() Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin respublikanın bölgələrində vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, fövqəladə hallar naziri Kəmaləddin Heydərov 28 avqust 2026-cı il tarixində Kəlbəcər şəhərində yerləşən B.Cəfərov adına 1 nömrəli tam orta məktəbin binasında Kəlbəcər və Laçın rayonları sakinlərinin qəbulunu keçirib. “aia.az” xəbər verir ki, nazir tərəfindən qəbul edilən Kəlbəcər və Laçın rayonları sakinlərinin müraciətlərinin əksəriyyəti yerindəcə öz həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə nazirliyin aidiyyəti strukturlarının rəhbərlərinə tapşırıqlar verilib. Qəbula gələn vətəndaşlar onların müraciətlərinə yerində və operativ yanaşılması üçün yaradılan şəraitə görə ölkə Prezidentinə minnətdarlıq ediblər. ![]() ![]()
Geri dön |