Ana Sayfa > Özəl > Koreya yarımadasında yeni diplomatik mərhələ: Seul Tramp-Kim dialoqunda önə çıxmaq istəyir
Koreya yarımadasında yeni diplomatik mərhələ: Seul Tramp-Kim dialoqunda önə çıxmaq istəyirBu gün, 17:43. Yazar: vasif |
![]() Cənubi Koreya ABŞ Prezidenti Donald Trampın Şimali Koreya ilə danışıqları yenidən başlatmaq təşəbbüsünü dəstəklədiyini açıqlayıb. Seul mümkün Vaşinqton-Pxenyan dialoqunda kənarda qalmaq deyil, əsas iştirakçılardan biri olmaq niyyətindədir. Cənubi Koreya rəhbərliyi diplomatik təmasların bərpasını müsbət qiymətləndirsə də, Şimali Koreyanın nüvə proqramından imtinası məsələsinin danışıqların əsas hədəflərindən biri olaraq qalmasını istəyir. Bununla yanaşı, Seul və Vaşinqton investisiyalar, kəşfiyyat məlumatlarının mübadiləsi və müharibə zamanı qoşunların operativ idarə olunması sahələrində əməkdaşlığı gücləndirməyi planlaşdırır. Diplomatik dialoq cəhdlərinə baxmayaraq, hərbi hazırlıq da zəiflədilməyəcək. Şimali Koreyanın nüvə və raket imkanlarına qarşı ABŞ, Cənubi Koreya və Yaponiya üçtərəfli hərbi təlimləri davam etdirmək niyyətindədir. Geri dön |