Ana Sayfa > Özəl > Peterburqda hərbçiyə ölümcül sui-qəsd: Şübhəli qadın ölkədən qaçıb
Peterburqda hərbçiyə ölümcül sui-qəsd: Şübhəli qadın ölkədən qaçıbBu gün, 17:00. Yazar: vasif |
![]() Sankt-Peterburqda Rusiya Silahlı Qüvvələrinin podpolkovnikinin avtomobilinin partladılması ilə bağlı yeni detallar ortaya çıxıb. İstintaq partlayıcı qurğunun maşına 24 yaşlı qadın tərəfindən yerləşdirildiyini ehtimal edir. İlkin versiyaya görə, şübhəli avqustun 26-da avtomobili taparaq partlayıcını sürücü oturacağının altına uyğun hissədə maşına bərkidib. Bundan dərhal sonra Rusiyanı tərk edərək Türkiyəyə, daha sonra Moldovaya getdiyi bildirilir. Avqustun 27-də avtomobilin partlaması nəticəsində podpolkovnik hadisə yerində həyatını itirib. Onun yanında olan həyat yoldaşı yaralansa da, sağ qalıb. Həlak olan hərbçinin şəxsiyyəti hələlik açıqlanmır. Hadisənin motivi, şübhəlinin mümkün əlaqələri və sui-qəsdin sifarişli olub-olmaması ilə bağlı araşdırmalar davam edir. Geri dön |