Ana Sayfa > Özəl > Lavrovdan NATO ilə bağlı illər sonra gələn açıqlama: “Putinin təklifini ABŞ qəbul etmədi”
Lavrovdan NATO ilə bağlı illər sonra gələn açıqlama: “Putinin təklifini ABŞ qəbul etmədi”Bu gün, 20:41. Yazar: vasif |
![]() Rusiya xarici işlər naziri Sergey Lavrov Vladimir Putinin illər əvvəl Rusiyanın NATO-ya qoşulması ilə bağlı ABŞ-ın sabiq prezidenti Bill Klintona etdiyi təklifin detallarından danışıb. Lavrovun sözlərinə görə, Putin həmin dövrdə Soyuq müharibənin başa çatdığını, Sovet İttifaqı və Varşava Müqaviləsinin artıq mövcud olmadığını əsas gətirərək Rusiyanın NATO-ya qəbul edilməsinin mümkünlüyünü gündəmə gətirib. Rusiya XİN rəhbərinin iddiasına görə, Bill Klinton təklifə dərhal cavab verməyib. Daha sonra isə ABŞ prezidentinin komandası Rusiyanın alyansa qəbulunun mümkün olmadığını bildirib. Lavrov bu hadisəni Moskva ilə Qərb arasında münasibətlərin tamamilə fərqli istiqamətdə inkişaf edə biləcəyi tarixi məqamlardan biri kimi təqdim edib. Onun açıqlamasına görə, Kremlin NATO ilə əməkdaşlığı yeni səviyyəyə qaldırmaq cəhdi Vaşinqtondan müsbət cavab almayıb. Geri dön |