Ana Sayfa > Özəl > Paşinyan rəqiblərini sıradan çıxarır: Ermənistan həlledici referenduma hazırlanır?
Paşinyan rəqiblərini sıradan çıxarır: Ermənistan həlledici referenduma hazırlanır?Bu gün, 20:00. Yazar: vasif |
![]() Ermənistanda sabiq prezident Robert Köçəryanın həbsindən sonra daxili siyasi mübarizə yeni mərhələyə keçib. Moskvadan da proseslərə diqqətçəkən reaksiya gəlib. Kremlin sözçüsü Dmitri Peskov Ermənistanda “çox mürəkkəb proseslərin” getdiyini bildirərək bütün addımların qanun çərçivəsində həyata keçirilməsinə ümid etdiklərini deyib. Robert Köçəryanın saxlanılması və barəsində həbs qətimkan tədbirinin seçilməsi isə siyasi mənzərəni daha da dəyişib. Ona qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə, çirkli pulların yuyulması və rüşvətxorluqla bağlı ittihamlar irəli sürülüb. Nikol Paşinyan əvvəlki hakimiyyət dövründə qanunsuz əldə edildiyini iddia etdiyi əmlak və vəsaitlərin dövlətə qaytarılmasını tələb edir. Politoloq Oqtay Qasımov hesab edir ki, Paşinyanın addımlarının arxasında bir neçə məqsəd dayanır. Baş nazir bir tərəfdən korrupsiyaya qarşı sərt mübarizə apardığını nümayiş etdirməyə, digər tərəfdən əsas siyasi rəqiblərinin maliyyə və siyasi imkanlarını zəiflətməyə çalışır. Prosesin Azərbaycan-Ermənistan sülh gündəliyi ilə bağlı tərəfi də diqqət çəkir. Ekspertin fikrincə, Paşinyan konstitusiya dəyişiklikləri üçün nəzərdə tutulan mümkün referendum ərəfəsində revanşist müxalifətin müqavimət imkanlarını minimuma endirmək niyyətində ola bilər. Beləliklə, Ermənistandakı son həbslər təkcə korrupsiya araşdırmaları kimi deyil, ölkənin daxili siyasi qüvvələr balansını dəyişdirə, referendumun keçirilməsini asanlaşdıra və Bakı ilə yekun sülh sazişinə gedən prosesə təsir göstərə biləcək hadisələr kimi qiymətləndirilir. Geri dön |